Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2024 19:36
Türkiyənin Müdafiə Nazirliyi ölkənin qərbində İzmir vilayətinin Menderes rayonunda baş verən meşə yanğınının söndürülməsinə kömək etmək üçün təyyarələr ayırıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə nazirlik "X" sosial şəbəkəsində məlumat yayıb.
"İzmirdə yanğınsöndürmə işlərinə dəstək olmaq üçün Türkiyə Silahlı Qüvvələrinə məxsus 3 ədəd "Cougar" helikopteri və iki ədəd "CH-47" helikopteri cəlb edilib", - deyə məlumatda bildirilir.
Məlumata görə, yanğın Bakı vaxtı ilə saat 14:00 radələrində Menderes rayonunda Qaracadağ meşə massivində baş verib. İzmir Regional Meşə Təsərrüfatı İdarəsi yanğının yayılmasının qarşısını almaq üçün səy göstərir.
Yanğının söndürülməsində idarənin 4 təyyarəsi, 8 helikopteri, 25 su tankeri, buldozer və onlarla yanğınsöndürən iştirak edir. Ehtiyat tədbiri olaraq yanğın zonasına yaxın kənddə yerləşən bir neçə yaşayış binası təxliyə edilib.