Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 00:14
İndoneziyanın Yava adası sahillərində 5,2 manqitudada zəlzələ qeydə alınıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 247 min insanın yaşadığı Tasikmalaya şəhərindən 271 km cənubda, ocağı 25 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.