Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 10:30
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan millisi dünyada 7-cidir. Yığmamızın hesabında 348,537 xal var.
Komandamız ötən cədvəllə müqayisədə 5,304 xal itirib. Buna baxmayaraq, yığmamız mövqeyini qoruyub.
Cədvələ Kanada başçılıq edir - 621,218. Fransa (512,807), Çin (448,609), Niderland (445,705), Almaniya (419,835) və "Düsseldorf ZOOS" (371,189) millimizi qabaqlayır.
Qeyd edək ki, kişilərdən ibarət komandaların cədvəlinə Serbiya təmsilçisi "Ub" başçılıq edir - 2989,286.