Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerika Kuboku: Meydan sahibləri qrupda qaldı

Amerika Kuboku: Meydan sahibləri qrupda qaldı

Tarix: 2 Iyul 2024 09:30

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Milli.Az-ın məlumatına görə, C qrupunda mübarizəyə yekun vurulub.

III turun matçlarında Uruqvay meydan sahibi ABŞ-ni (1:0), Panama isə Boliviyanı (3:1) məğlub edib. "Turan Tovuz"un panamalı legioneri Roderik Miller bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu nəticələrdən sonra Uruqvay 9, Panama isə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla üçüncü olubsa, Boliviya turniri xalsız başa vurub.

Qeyd edək ki, turnir iyulun 14-də yekunlaşacaq.

Milli.Az


Etiketlər:  Amerika Kuboku Meydan sahibləri qrupda qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ