Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA ''Qarabağ'' və ''Sumqayıt''ı cərimələyib

AFFA ''Qarabağ'' və ''Sumqayıt''ı cərimələyib

Tarix: 26 Noyabr 2019 13:52

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Trend-in məlumatına görə, qurum "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza kəsib. Buna oyunçunun "Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Buna görə, klub 2400 manat cərimə olunur.

Həmin görüşdə, həmçinin “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AFFA Qarabağ Sumqayıtı cərimələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ