Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlili Pezeşkianın “silahı”nı almağa çalışdı: Mən də türkəm

Cəlili Pezeşkianın “silahı”nı almağa çalışdı: Mən də türkəm

Tarix: 3 Iyul 2024 18:12

Mən İranın pak torpağının oğluyam və türkdilli doğulduğuma görə fəxr edirəm.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İranda prezidentliyə namizəd olan Səid Cəlili sosial media hesabında yazıb.

O, rəqibi Məsud Pezeşkianın türklər tərəfdən böyük dəstək almasına cavab olaraq ana tərəfdən türk olduğunu bildirib.

Səid Cəlilinin atasının məşhədli, anası isə ərdəbilli olduğu bildirilir.

Bir müddət öncə Səid Cəlilinin tərəfdarları Məsud Pezeşkianın namizədliyini və türklərin onu dəstəkləməsini monqolların hücumu və İranda yeni monqol hakimiyyətinin qurulmasına cəhd adlandırmışdılar.

Qeyd edək ki, 28 iyunda İranda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçkilərin ikinci turu iyulun 5-də keçiriləcək.


Etiketlər:  Cəlili Pezeşkianın silahını almağa çalışdı Mən türkəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ