Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu xəstəlik İsraildə 11 can aldı

Bu xəstəlik İsraildə 11 can aldı

Tarix: 4 Iyul 2024 09:48

İsraildə Qərbi Nil qızdırması yayılmaqda davam edir və mayın əvvəlindən bu günə qədər 153 nəfərdə bu xəstəlik aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəstəliyə yoluxanlardan 11 nəfər ölüb.

Səhiyyə Nazirliyi qeyd edib ki, yoluxanların əksəriyyəti İsrailin mərkəzi hissəsində yaşayan sakinlərdir:

"Qərbi Nil qızdırması ümumiyyətlə İsraildə çoxdan məlumdur, yoluxanların təxminən 80 faizində xəstəliyin heç bir təzahürü yoxdur. Təxminən 19 faiz hallarda qızdırma, halsızlıq və baş ağrıları da daxil olmaqla müxtəlif şiddətli simptomlar və yalnız bir faiz hallarda ciddi nevroloji ağırlaşmalar müşahidə olunur".

Qeyd edilib ki, infeksiyanın əsas daşıyıcıları ağcaqanadlardır.

Milli.Az


Etiketlər:  Bu xəstəlik İsraildə 11 can aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ