Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2024 15:54
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan UEFA-nın futbolçu Merih Demiralla bağlı qərarına etiraz edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident Qazaxıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
O, "bozqurd" işarəsini fransız və almanların formalarında olan işarələrlə müqayisə edib: "Almanların formalarında qartal var, amma kimsə nəsə demir. Kimsə demir ki, fransızların formasında xoruz var. Onlara niyə xoruzlanırsınız, deyilirmi? Merih sadəcə sevincini bu cür qeyd edib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi onların səlahiyyətli şəxsləri ilə danışıb lazımi addımı atacaq".
Qeyd edək ki, UEFA Türkiyə millisinin futbolçusu Merih Demirala "bozqurd" işarəsi tutduğu üçün 2 oyunluq cəza verib.