Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qiymət 10-20 qəpik artanda milçəkdən fil düzəldirsiniz''

''Qiymət 10-20 qəpik artanda milçəkdən fil düzəldirsiniz''

Tarix: 5 Iyul 2024 20:24

"Üzümü həmin müxalifət nümayəndələrinə tutub deyirəm ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və təminat xərclərində nə az, nə çox, düz 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38% yox, 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı isə 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir... Bütün bunlar və sadalamadığım çoxsaylı faktlar bir daha təsdiqləyir ki, Azərbaycan dövləti vətəndaşların sosial rifahını hər şeydən üstün tutur. Atılan istənilən addım məhz bu istiqamətdədir. Təsadüfi deyil ki, bizim büdcəmizdə ən böyük faizə məhz sosial hissə malikdir - 39%-dən yüksəkdir. Üzümü müxalifət nümayəndələrinə tutub deyirəm ki, doğurdan da, həqiqət carçısısınızsa, həqiqətən də, obyektiv tərəfsinizsə, bu faktların niyə heç birini sadalamırsınız? Bir şeyin qiymətində 10-20 qəpik artım olanda milçəkdən fil yaradırsınız. Sizə dəfələrlə sosial təminatların artımından danışdım, üstündən sükutla keçirsiniz. Bu isə hansı niyyətlərin daşıyıcısı olduğunuzu bir daha ortaya qoyur".

Sonxeber.net bildirir ki,  bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov benzin, dizel və gedişhaqqının qalxması ilə bağlı danışarkən deyib.


Etiketlər:  Qiymət qəpik artanda milçəkdən düzəldirsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ