Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məğlubiyyətin gözyaşları... - FOTO

Məğlubiyyətin gözyaşları... - FOTO

Tarix: 6 Iyul 2024 16:54

Xəbər verdiyimiz kimi, ötən Portuqaliya yığması AÇ-2024-ün 1/4 final mərhələsinin ikinci oyunda Fransa yığmasına penaltilər seriyasında 5:3 hesabı ilə məğlub olaraq turnirdən uzaqlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun sonunda Portuqaliya yığmasının üzvü, 41 yaşlı Pepe gözyaşlarını saxlaya bilməyib. Onu komanda yoldaşı, ulduz futbolçu Kriştianu Ronaldu təsəlli edib.

Onu da qeyd edək ki, Ronaldu da karyerasında ilk dəfə böyük bir turniri qol vurmadan başa vurub.

Xatırladaq ki, Portuqaliya üzərində qələbə qazanan Fransa millisi AÇ-2024-ün ikinci yarımfinalçısı olub. Fransızlar yarımfinalda İspaniyaya rəqib olublar. İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Məğlubiyyətin gözyaşları FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ