Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2024 19:54
Tokioda istilər səbəbindən 119 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 1875-ci ildən bəri ən isti hava qeydə alınıb.
Şəhər hakimiyyəti yerli sakinləri daha çox maye içməyə və uzun müddət birbaşa günəş işığında qalmamağa çağırıb. Bildirlib ki, xroniki xəstəlikləri olan yaşlı insanlar və uşaqlar risk altındadırlar.
Qeyd edək ki, şənbə günü Tokioda temperatur 35,5 dərəcəyə yüksəlib. Yaponiyanın digər bölgələrində isə hava 39 dərəcə Selsi və daha yuxarıya qədər istiləşib.