Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2024 22:36
Moody's Bakı ilə İrəvan arasında yeni eskalasiya riskləri barədə xəbərdarlıq edir
Beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər davam edən sülh danışıqlarına baxmayaraq mürəkkəb olaraq qalacaq.
Agentliyin ekspertləri gözləyir ki, iki ölkə arasında iqtisadi inteqrasiya və ya ümumi geosiyasi maraqlar olmadıqda geosiyasi gərginlik yüksək olaraq qalacaq.
Moody's hesab edir ki, hələlik bunlar olmadığına görə yeni münaqişə riskləri qalır.
"İki tərəf də hərbi potensialını artırmağa davam edir, sərhəddə isə vaxtaşırı atışmalar davam edir ki, bu da hərbi münaqişənin yeni eskalasiyasının mümkün olduğunu göstərir", - deyə agentlik qeyd edir.