Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı artdı

Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı artdı

Tarix: 9 Iyul 2024 18:04

2024-cü ilin iyun ayında Türkiyənin İstanbul Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz arataraq, 19 milyon 822 min 886 nəfər olub.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 21 faiz artaraq, 9 milyon 463 min 044 nəfər, beynəlxalq reyslər üzrə isə 15.9 faiz artaraq 10 milyon 359 min 842 nəfər təşkil edib.

2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 201 min 136 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 59 min 355 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12.2 faiz artaraq, 141 min 781 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 9 faiz artaraq, 117 min 773 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq 54 min 983, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 62 min 9790 olub.

Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük dövriyyəsi isə 2 milyon 242 min 185 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.


Etiketlər:  Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ