Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Annanın başı dərddə: İş adamlarına yazdığı məktub üzə çıxdı

Annanın başı dərddə: İş adamlarına yazdığı məktub üzə çıxdı

Tarix: 10 Iyul 2024 14:06

Bir qrup iş adamı Ermənistan baş nazirin həyat yoldaşı Anna Akopyanın hər birindən tələb etdiyi 10 milyon dramı ödəməmək qərarına gəlib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.

Nəşr bildirir ki, imtina qərarı verən erməni iş adamları lazım gələrsə, qanunsuzluq iddiası ilə məhkəməyə müraciət edəcəklər.

"Anna Akopyan bir neçə həftə əvvəl bir neçə yüz iş adamı və müəssisəyə məktublar göndərərək, demək olar ki, imperativ tonda rəhbərlik etdiyi fonda hər birinin 10 milyon dram köçürülməsini tələb etmişdi. Müraciət "Mənim Addımım" fondunun xeyriyyə proqramlarına dəstək kimi formalaşdırılıb.

Bir neçə yüz müəssisə həmin tələb məktubunu alıb, bəziləri hətta ödənişləri edib, amma əksəriyyəti Akopyan və onun marioneti olan Dövlət Gəlirləri Komitəsinə (DGK) qarşı mübarizə aparmağa hazırdır".

"Past" iddia edir ki, Anna iş adamları və müəssisələrdən pul qoparmaq üçün dövlət komitəsi vasitəsilə onlar haqda müəyyən məlumatlar toplayıb:

"Həmsöhbətlərimiz deyirlər ki, DGK vergi ödəyicilərinin məlumatları ilə bağlı qanunsuzluğa yol verib, Anna Akopyan özü və ərinin (Nikol Paşinyan) vəzifəsindən sui-istifadə edərək, heç bir hüququ olmayan məlumatlar əldə edib. İndi böyük bir hüquqşünas qrupu Akopyan və lazım gələrsə, Dövlət Gəlirləri Komitəsinə qarşı iddia qaldıracaq hüquqi paket üzərində işləyir".


Etiketlər:  Annanın başı dərddə İş adamlarına yazdığı məktub üzə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ