Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niderland - İngiltərə matçı öncəsi dava - Xəsarət alanlar var

Niderland - İngiltərə matçı öncəsi dava - Xəsarət alanlar var

Tarix: 10 Iyul 2024 22:58

Avro-2024-ün yarımfinal matçından əvvəl Dortmundda niderlandlı azarkeşlər rəqib komandanın azarkeşlərinə hücum ediblər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "BBC sport" xəbər yayıb.

Hücum nəticəsində beş nəfər xəsarət alıb.

Polisin məlumatına görə, bir qrup Niderland azarkeşi İngiltərə bayraqlarını oğurlamağa cəhd edib.

Hazırda ərazidə polisin iş rejimi gücləndirilib.

Qeyd edək ki, Niderland-İngiltərə qarşılaşmasının start fiti Bakı vaxtı ilə 23:00-da eşidiləcək. Cütün qalibi bazar günü baş tutacaq final görüşündə İspaniyaya rəqib olacaq.


Etiketlər:  Niderland İngiltərə matçı öncəsi dava Xəsarət alanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ