Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan ilə bağlı bu qeyd NATO-nun bəyannaməsindən çıxarıldı

Gürcüstan ilə bağlı bu qeyd NATO-nun bəyannaməsindən çıxarıldı

Tarix: 11 Iyul 2024 17:28

Gürcüstanın NATO-ya qoşulma ehtimalı ilə bağlı bütün qeydlər Alyansın son sammitinin bəyannaməsindən çıxarılıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, NATO-nun iyulun 10-da Vaşinqtonda keçirilən yubiley sammitindən sonra qəbul edilən bəyannamədə Gürcüstan konkret bir bölmədə yalnız bir dəfə xatırlanıb.

"Biz heç vaxt Rusiyanın Ukrayna ərazisini, o cümlədən Krımı sonuncu ilhaqını tanımayacağıq. Biz, həmçinin Rusiyanı bütün icazəsiz qüvvələrini Moldova Respublikasından və Gürcüstandan çıxarmağa çağırırıq", - bəyannamədə yazılıb.

İlk dəfədir ki, NATO sammitinin ardınca verilən bəyannamədə Gürcüstanın Alyansa qoşulmaq istəməsi və namizəd olmağa hazırlaşması faktı qeyd olunmur.

Qeyd edək ki, ABŞ-nin paytaxtı Vaşinqtonda NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilir.


Etiketlər:  Gürcüstan ilə bağlı qeyd NATO bəyannaməsindən çıxarıldı


RƏYLƏR