Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yenidən bir yerdədirlər

Yenidən bir yerdədirlər

Tarix: 13 Iyul 2024 21:00

Yenidən birləşmənin təşəbbüskarı kimdir və nə üçün?

Meqan Foks və Machine Gun Kelly yenidən birlikdədir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Radar" ilə söhbətində bir insayder izah edib ki, aktrisa və reper münasibətlərə daha bir şans vermək qərarına gəliblər.

Təşəbbüskar, görünür, Machine Gun Kelly olub. Və Meqanı geri qaytarmaq üçün həyat tərzi ilə bağlı son dərəcə ciddi bir qərar verib.

Mənbənin sözlərinə görə, ulduzlar bir-birləri üçün çox darıxdıqlarını anlayıblar, lakin musiqiçinin spirtli içkilərə aludəçiliyi və məclisləri sevməsi yenidən birlikdə olmağa ciddi maneə olub. Sonra Kolson Beyker (reperin əsl adıdır) spirtli içkilərdən və əyləncələrdən imtina edib.

Reperin Meqana qarşı davranışı da dəyişib.

"O, əylənməyi və içki içməyi xeyli azaldıb. O, həmçinin Meqanı qısqanmağı və nəzarət etməyi də dayandırıb. Bu onun ən böyük problemi idi. Onlar ayrı yaşamağa çalışıblar və bir-birləri üçün o qədər darıxdıqlarını başa düşüblər ki, buna görə də münasibətlərini yaxşılaşdırıblar", - nəşrin həmsöhbəti izah edib.

Xatırladaq ki, mart ayında Meqan Foks və Machine Gun Kelly nişanlarını pozaraq yenidən ayrılıblar. Bundan sonra, "Transformers" ulduzu keçmiş seçilmişinin ad günü şərəfinə bir ziyafətdə görünüb və burada edib ki, bəli, onlar birlikdə deyillər, amma əbədi olaraq bağlı olacaqlar və nə olursa-olsun yaxın insanlar olaraq qalacaqlar.

Milli.Az


Etiketlər:  Yenidən yerdədirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ