Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricə qaçmağa çalışan 10 FETÖ üzvü ələ keçdi

Xaricə qaçmağa çalışan 10 FETÖ üzvü ələ keçdi

Tarix: 14 Iyul 2024 20:50

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata keçirilən "Qısqac-21" əməliyyatı nəticəsində qanunsuz yollarla xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.

Nazirin sözlərinə görə, terrorçular "Asteri" adlı qayıqda ələ keçiriliblər.

Əməliyyat Türkiyənin Sahil Mühafizə Xidmətinin Egey Dənizi Regional Komandanlığı, Milli Kəşfiyyat Təşkilatının (MİT) İzmir bölgəsi üzrə baş idarəsi və İzmir Jandarma Komandanlığının koordinasiyasında həyata keçirilib.


Etiketlər:  Xaricə qaçmağa çalışan FETÖ üzvü ələ keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ