Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2024 09:36
ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd nəticəsində öldürülsəydi, bu, ölkədə qan tökülməsinə və vətəndaş iğtişaşlarına səbəb olardı.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri beynəlxalq hüquqşünas Klayn Preston deyib.
"Tramp ölsəydi, ölkə çox təhlükəli vəziyyətdə olardı, çünki biz indi son dərəcə parçalanmışıq", - o, RT-yə müsahibəsində bildirib.
Preston qeyd edib ki, bu, Trampın həyatına ilk real sui-qəsd cəhdidir:
"Bunun sonuncu olduğu ortaya çıxsa, çox təəccüblənəcəyəm. Düşünürəm ki, hər şey yeni başlayır".