Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parisdə silahlı şəxs hərbçiyə hücum edib

Parisdə silahlı şəxs hərbçiyə hücum edib

Tarix: 16 Iyul 2024 08:56

Parisdə bıçaqla silahlanmış şəxs hərbi patrula hücum edərək hərbçilərdən birini yaralayıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

"Asayişin qorunması əməliyyatında iştirak edən əsgər Parisdə Şərq vağzalında patrul xidməti apararkən bıçaqlanıb. Onun həyatı təhlükədə deyil. Hücum edən şəxs saxlanılıb", - nazir sosial şəbəkədə yazıb.

BFMTV qeyd edib ki, müşahidə kameralarının görüntülərinə görə, şübhəli şəxs hücum etməzdən əvvəl bir müddət hərbi patrulu izləyərkən görünüb. Onun təxminən 30 sm uzunluğunda ülgüclü bıçaqla silahlandığı vurğulanıb.


Etiketlər:  Parisdə silahlı şəxs hərbçiyə hücum edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ