Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın namizədliyi rəsmən təsdiqləndi

Trampın namizədliyi rəsmən təsdiqləndi

Tarix: 16 Iyul 2024 09:58

ABŞ-də Respublikaçılar partiyası sabiq prezident Donald Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp partiyanın qurultayı zamanı rəsmi namizəd olmaq üçün kifayət qədər səs toplayıb.

"Onu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd elan edirik", - deyə qurultayda Trampın oğlu Erik elan edib. 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri cari il noyabrın 5-də keçiriləcək. Ölkənin hazırkı lideri Co Bayden və Donald Tramp Demokratlar və Respublikaçılar partiyalarında partiyadaxili seçkilərdə faktiki olaraq qalib gəliblər. Onların namizədlikləri partiyaların qurultayı zamanı rəsmən təsdiqlənməlidir. Respublikaçılar partiyasının qurultayı iyulun 15-18-də Viskonsin ştatında keçirilir. Demokratların qurultayı isə avqustda baş tutacaq.

Milli.Az


Etiketlər:  Trampın namizədliyi rəsmən təsdiqləndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR