Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bizi APOEL və ''Qarabağ''a qarşı iki final oyunu gözləyir” – “Düdelanj”ın baş məşqçisi

“Bizi APOEL və ''Qarabağ''a qarşı iki final oyunu gözləyir” – “Düdelanj”ın baş məşqçisi

Tarix: 27 Noyabr 2019 15:08

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Düdelanj"ın baş məşqçisi Bertran Krasson ölkə mətbuatına açıqlamalar verib.

Qol.az-ın məlumatına görə, sabah qrup mərhələsinin 5-ci turunda APOEL-i qəbul edəcək Lüksemburq təmsilçisinin çalışdırıcısı onları qarşıda APOEL və “Qarabağ”la final oyunlarının gözlədiyini deyib:

"Kipr futbolu inkişafdadır. İlk oyundakı qələbə bizə cəsarət versə də, sonra reallığa döndük. Buna baxmayaraq, yenə komandama güvənirəm. Rəqibin üzərində təzyiqlər var. Bizi APOEL və "Qarabağ"a qarşı iki final oyunu gözləyir. Bu, bizim üçün böyük şansdı. Kiprdəki nəticə təkrarlansa, əla olar ".

Qeyd edək ki, "Düdelanj" qrupda son matçını Bakıda "Qarabağ"a qarşı keçirəcək.

 


Etiketlər:  Bizi APOEL Qarabağa qarşı final oyunu gözləyir Düdelanjın baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ