Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Messiyə görə onu işdən qovdu

Prezident Messiyə görə onu işdən qovdu

Tarix: 18 Iyul 2024 12:26

Argentina prezidenti Xavyer Miley ölkənin idman nazirinin müavini Xulio Qarronu vəzifəsindən azad edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun millinin kapitanı Lionel Messini Fransaya yönəlmiş irqçi şüarlara görə üzr istəməyə çağırması olub.

"Heç bir hökumət Argentina milli komandası, dünya çempionu və ikiqat Amerika Kuboku çempionu və ya hər hansı digər vətəndaş üçün nə edəcəyi barədə göstəriş verə bilməz. Bu səbəbdən Xulio Qarro Argentinanın idman nazirinin müavini vəzifəsindən azad edilir" -  deyə Prezident Departamentinin bəyanatında deyilir.

Qeyd edək ki, Argentina milli komandasının oyunçuları 2024-cü il Amerika Kubokunun finalında Kolumbiya üzərində qazandıqları qələbədən (1:0) sonra irqçi fikirlər səsləndiriblər. Qarro isə müsahibəsində milli komandanın kapitanı və Argentina Futbol Federasiyasının prezidentinin bu vəziyyətə görə üzr istəməli olduğunu bildirib.


Etiketlər:  Prezident Messiyə görə işdən qovdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ