Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hicabsız əzadarlq edən qızlar dindirildi

Hicabsız əzadarlq edən qızlar dindirildi

Tarix: 18 Iyul 2024 18:48

İyulun 16-da Əlburz əyalətinin Kərəc şəhərində Aşura münasibətilə hicabsız şəkildə əzadarlıq mərasimi keçiriən qadın və qızlar polis idarələrinə çağırılıb və dindiriliblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə əyalətin Polis İdarəsinin rəisi Həmid Hudavənd bildirib.

O, həmin şəxslərin əzadarlıq mərasimlərinə hörmətsizlik etdikləri və yas saxlayanların hissləri ilə oynadıqlarını deyib.

"Şiə imamlarının müqəddəsliyini və hörmətini pozan şəxslərə qarşı tədbir görüləcək", - polis rəisi vurğulayıb.

Xatırladaq ki, iyulun 16-sı Aşura günü Kərəc şəhərində əzadarlıq mərasiminə qatılan bir qrup hicabsız qadın və qız zəncir vurub, əzadarlıq ediblər.

Milli.Az


Etiketlər:  Hicabsız əzadarlq edən qızlar dindirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ