Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 2020-ci ildə karbamid istehsalı 650 min tona çata bilər

Azərbaycanda 2020-ci ildə karbamid istehsalı 650 min tona çata bilər

Tarix: 27 Noyabr 2019 15:51

Bakı. Anastasiya Savçenko - Trend:

SOCAR karbamid zavodunun dekabrın ilk yarısında tam gücü ilə işləyəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

O bildirib ki, dekabrın 1-dək karbamid istehsalı 125-130 min ton, ixracı 100 min ton təşkil edəcək:

“Karbamid istehsalının orta aylıq göstəricisi 50 min tondur, bu, sutkada təxminən iki min tona bərabərdir”.

X.Cəfərov əlavə edib ki, gələn il karbamid istehsalı 600-650 min tona, ixracı 500-550 min tona çata bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda 2020 ildə karbamid istehsalı tona çata bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ