Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misir parlamenti yeni hökumətə etimad edir

Misir parlamenti yeni hökumətə etimad edir

Tarix: 19 Iyul 2024 07:36

Misirin Nümayəndələr Palatası (parlamentin aşağı palatası) yeni hökumətin təqdim etdiyi fəaliyyət proqramını təsdiqləyib və Mustafa Madbulinin başçılıq etdiyi Nazirlər Kabinetinə etimad edildiyini təsdiqləyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İhbariyyə" telekanalı məlumat yayıb.

"Misir parlamentinin spikeri Hənəfi əl-Qəbali Nümayəndələr Palatasının Madbuli hökumətinin təqdim etdiyi proqramı təsdiqlədiyini açıqlayıb və deputatların ona etimadını ifadə edib", - telekanal qeyd edib.

Bildirilir ki, parlament iclası Misir hökumətinin başçısı və kabinetdəki əksər nazirlərin iştirakı ilə baş tutub.

Xatırladaq ki, iyulun 3-də ölkə prezidenti Əbdül Fəttah əs-Sisinin iştirakı ilə Misirin yeni hökumətinin andiçmə mərasimi keçirilib.

Milli.Az


Etiketlər:  Misir parlamenti yeni hökumətə etimad edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ