Tarix: 27 Noyabr 2019 16:28
Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatının sahibi müəyyənləşib.
Qol.az xəbər verir ki, bu ada "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliks layiq görülüb.
Portuqaliyalı futbolçu 332 səslə Ceydon Sanço (“Borussiya”, Dortmund -175) və Kay Havertsi (“Bayer” - 75) qabaqlayıb.
Qeyd edək ki, “Golden Boy” mükafatı dekabrın 16-da Turində keçiriləcək tədbirdə təqdim ediləcək.