Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda amnistiya: məhkumların 1/3-ü azad ediləcək

Gürcüstanda amnistiya: məhkumların 1/3-ü azad ediləcək

Tarix: 20 Iyul 2024 06:30

Gürcüstan parlamenti "Amnistiya haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, parlamentin 82 deputatı qanun layihəsinin lehinə səs verib.

Qanun layihəsinə əsasən, Gürcüstanda bütün məhkumların təxminən üçdə birinin cəza çəkməkdən tamamilə azad ediləcəyi və ya cəza müddətinin azaldılacağı gözlənilir.

Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə görə məhkum olunmuş şəxslərə şamil edilsə də, qətl törədənlərə, narkotik vasitələri istehsal edən və satışı ilə məşğul olan şəxslərə, qanuni oğrulara, digər ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil olunmayacaq.


Etiketlər:  Gürcüstanda amnistiya məhkumların azad ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ