Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2024 12:16
Rusiya Federasiyasının Leninqrad vilayətinin hakimiyyəti miqrantların taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoymağa hazırlaşır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki,müvafiq qanun layihəsi rayonun rəsmi saytında dərc olunub.
Sənədə əsasən, artıq bu ildən Leninqrad vilayətində taksilərdə və avtomobil icarəyə verən şirkətlərdə əcnəbilərin işə götürülməsi qadağan ediləcək. Bildirilib ki, qanun qüvvəyə mindikdən sonra taksi xidməti göstərən şirkətlərə və fərdi sahibkarlara bizneslərini yeni tələblərə uyğunlaşdırmaq üçün üç aylıq müddət veriləcək.