Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Biz hələ də kolonializmdən əziyyət çəkən ölkələrə kömək etmək istəyirik

İlham Əliyev: Biz hələ də kolonializmdən əziyyət çəkən ölkələrə kömək etmək istəyirik

Tarix: 20 Iyul 2024 17:36

Biz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ (kolonializm - Red.) ilə yaxından məşğul olmağa çalışdıq. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub, milyonlarla insan kolonializmin qurbanı olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.

"Bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Bu, bizim öhdəliyimiz idi, biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər", - deyə dövlətimizin başçısı vurğulayıb.


Etiketlər:  İlham Əliyev hələ kolonializmdən əziyyət çəkən ölkələrə kömək etmək istəyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ