Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2024 21:32
Rumıniyanın Baya kəndində zoopark fermasında xırdabuynuzlu heyvanların taun xəstəliyi aşkar edilib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baytarlıq Sağlamlığı və Qida Təhlükəsizliyi üzrə Milli Administrasiya məlumat yayıb.
Mövcud qanunvericiliyə görə, yerli hakimiyyət orqanları zooparkın ərazisində bütün mal-qaranı dərhal kəsilərək basdırılması barədə qərar verilib.
Virusun ətrafında mühafizə zonası (3 km radius) və müşahidə zonası (10 km radius) yaradılıb, insanların, heyvanların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq üçün tədbirlər görülüb.
Tulça qraflığının bütün heyvandarlıq təsərrüfatları, qonşu əyalətlər, həmçinin Avropa Komissiyası və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı epidemiya barədə məlumatlandırılıb.