Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhsullarla çay içmək olmaz

Bu məhsullarla çay içmək olmaz

Tarix: 21 Iyul 2024 17:33

Sağlamlığınıza zərər verməmək üçün bir sıra qidaları çayla içməməyiniz məsləhətdir. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə dietoloqlar xəbərdarlıq ediblər .

Mütəxəssislər ən əsas şəkəri də "qara siyahı"ya daxil ediblər. Həkimlərin fikrincə, müntəzəm olaraq şirin çay içsəniz, maddələr mübadiləsini yavaşlada və diabetin inkişafına səbəb ola bilər. Bundan əlavə, çaya bal əlavə etməməlisiniz. Bu məhsulu ümumiyyətlə, istiliklə qarışdırmamaq daha yaxşıdır. Çünki 60 dərəcədən yuxarı qızdırılanda bal kanserogenə çevrilir.

Limonlu çaydan da çəkinməlisiniz. Bu içki zərərsizdir. Ancaq onun heç bir faydası da yoxdur. Çünki isti çay sitrus meyvələrindəki bütün vitaminləri öldürür. Dietoloqlar həmçinin hesab edirlər ki, süd çaya əlavə edilməməlidir. Bu proses çayın tərkibindəki antioksidantların udulmasını pozur.


Etiketlər:  məhsullarla çay içmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ