Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kintana və Mahir qayıtdı

Kintana və Mahir qayıtdı

Tarix: 27 Noyabr 2019 18:32

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Sevilya"nın qonağı olacaq "Qarabağ"da oyunöncəsi zədəli futbolçuların son durumu müəyyənləşib.

Qol.az xəbər verir ki,  Mahir Emreli və Dani Kintana sözügedən görüşə tam hazırdırlar. Maksim Medvedevin isə "Sevilya" ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq. Həkimlərin rəyi müsbət olsa, 30 yaşlı müdafiəçi oynayacaq.

Xatırladaq ki, “Sevilya” – “Qarabağ” oyunu noyabrın 28-də "Ramon Sances Pisxuan"  stadionunda keçiriləcək.

 


Etiketlər:  Kintana Mahir qayıtdı


RƏYLƏR