Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2024 14:46
Tanınmış endokrinoloq Jalə Oqtayzadə 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Sonxeber.net metbuat.az-a istinadla bildirir ki, Jalə Oqtayzadə 1988-ci ildə Tərtər rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
O, Xankəndi şəhərində könüllü olaraq həkim kimi fəaliyyətə başlayıb. O, oktyabr-iyun ayları ərzində Xankəndi Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Jalə Oqtayzadə fəaliyyəti ərzində bir çox özəl klinikalarda işləyib, ixtisası üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara yiyələnib. COVID-19 pandemiyası dövründə könüllü həkim kimi koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olub.
Onun atası uzun illər hərbçi kimi vətənə xidmət edib, I Qarabağ və 44 günlük Vətən Müharibəsində ön cəbhədə vuruşub.