Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə qadın itlərin hücumuna məruz qaldı - Anbaan görüntülər

Türkiyədə qadın itlərin hücumuna məruz qaldı - Anbaan görüntülər

Tarix: 23 Iyul 2024 12:08

Türkiyənin Niğde şəhərində iki sahibsiz itin hücumuna məruz qalan 54 yaşlı qadın son anda xilas edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İHA nəşri bildirib.

Məlumata görə, itlərin əlindən xilas olmaq üçün xeyli müddət mübarizə aparan qadının köməyinə ətrafdakı vətəndaşlar gəliblər.

Hadisə anbaan təhlükəsizlik kameralarında qeydə alınıb.

Əlillərə Qulluq və Reabilitasiya Mərkəzində xidməti personal olaraq işləyən Meryem Birol işdən çıxdığı zaman bölgədəki bir fabrikin 2 itinin hücumuna məruz qalıb. Qadının sol qolu, sol ayağı, ağzı və burnu itlər tərəfindən dişlənib. Xəstəxanaya yerləşdirilən Meryemin müalicəsi davam edir.

"İşdən çıxıb evə getmək istəyəndə iki it üstümə hücum çəkdi. Qaçmağa yer tapa bilmədim, biri dodaqlarımdan yapışdı, digəri də məni qolumdan çəkərək yerə yıxdı. Kömək üçün qışqırdım, kimsə gəlmədi. Sonra bir nəfər əlində dəmirlə gəldi, itləri vurdu, amma yenə əl çəkmədilər. Ayaqlarım və qolum oyulmuş haldadır, sanki yorğan tikirmiş kimi ətlərimi tikdilər. Qolum keyiyib, dodağımda damar qopub.

Mütləq ölməliyikmi? Mən qorxuram, tək yaşayıram, işə tək gedib-gəlirəm. Bu qorxunu içimdən necə çıxaracağımı bilmirəm. Gözümü yuman kimi üzərimə iki itin gəldiyini görürəm. İtlərin sahibi var, şikayətçiyəm. Mənim heç kimim yoxdur, infeksiyaya görə ayağım kəsilsə, mənə kim baxacaq?" - deyə qadın şikayət edib.

Milli.Az


Etiketlər:  Türkiyədə qadın itlərin hücumuna məruz qaldı Anbaan görüntülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ