Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Meta” bu ölkədə 63 min Feysbuk hesabını sildi

“Meta” bu ölkədə 63 min Feysbuk hesabını sildi

Tarix: 25 Iyul 2024 08:44

"Meta" şirkəti Nigeriyada fırıldaqçılarla mübarizə çərçivəsində, təxminən, 63 min Feysbuk hesabını silib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Bildirilir ki, "Yahoo oğlanları" kimi tanınan nigeriyalı onlayn fırıldaqçılar, özlərini maliyyə ehtiyacı olan şəxs və ya sərmayədən əla gəlir təklif edən Nigeriya şahzadələri kimi təqdim ediblər:

"Şəxsiyyətini gizlətmək üçün saxta hesablardan istifadə edən fırıldaqçılar əsasən ABŞ-da yetkin kişiləri hədəf alırlar. İnsanlardan pul almaq üçün onları hədələyir, intim mahiyyətli real, yaxud saxta kompromat fotoşəkilləri yayımlayacaqlarını bildirirlər".


Etiketlər:  Meta ölkədə Feysbuk hesabını sildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ