Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda itlər arasında fəxri mer seçilir

Nyu-Yorkda itlər arasında fəxri mer seçilir

Tarix: 28 Iyul 2024 11:18

Nyu-Yorkda itlər arasında fəxri mer seçkilərinin birinci turu başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The New York Post" yazır.

İlk turda Pepper adlı it Zaila üzərində 484-ə qarşı 355 səslə qalib gəlib.

Müsabiqənin təşkilatçısı Şərqi Harlem sakini Stiven Kalabriya olub. Onun sözlərinə görə, bu müsabiqə ilə amerikalıları "siyasi dəlilikdən" yayındırmaq və sığınacaqlardan ev heyvanlarını sahibləndirmək istəyənlərin sayını artırmaq istəyir.

"İtlər heç vaxt pulunuzu oğurlamaz. Onlar nə qaz qiymətləri, nə də faiz dərəcələri haqqında heç nə bilmirlər. Onlar sadəcə səni sevmək istəyirlər", - deyə o bildirib.

Qeyd edək ki, seçkilər iki ildən bir keçirilir. Qalib noyabrın 4-də səsvermə yolu ilə müəyyən olunacaq.

Milli.Az


Etiketlər:  Yorkda itlər arasında fəxri seçilir


RƏYLƏR