Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-2024: Azərbaycan ilk medalı təmin etdi

Paris-2024: Azərbaycan ilk medalı təmin etdi

Tarix: 29 Iyul 2024 19:58

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Sonxeber.net xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn cüdoçumuz həlledici görüşə vəsiqə qazanıb. Bununla da Azərbaycan Paris olimpiadasında ilk medalı təmin edib.

H.Heydərov qızıl medal uğrunda qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.


Etiketlər:  Paris 2024 Azərbaycan medalı təmin etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ