Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yay fəslində istehlak olunması tövsiyə olunan qidalar

Yay fəslində istehlak olunması tövsiyə olunan qidalar

Tarix: 30 Iyul 2024 14:30

İsti havalar insan sağlamlığına müəyyən mənfi təsir ilə yanaşı, yemək və içmə vərdişlərinə də müəyyən təsirlər edir. Buna görə də, yayda daha yüngül və təzə qidalara üstünlük vermək, ağır və yağlı qidalardan uzaq durmaq tövsiyə olunur.

Sonxeber.net "Unikal"a istinadən yayda istehlak olunması tövsiyə olunan qidaları təqdim edir:

Təzə meyvə və tərəvəzlər:
Xiyar, pomidor, bibər, qarpız, qovun, çiyələk və üzüm kimi meyvə və tərəvəzlər yüksək su tərkibli təravətləndirici qidalardır.

Salatlar:
Göyərti ilə hazırlanan salatlar, xüsusilə zeytun yağı və limon sosları ilə olanlar olduqca yüngül və sağlamdır.

Qatıq və ayran:
Həm təravətləndirici, həm də prebiyotiklərlə zəngin olan qatıq və ayranın yay aylarında tez-tez istehlak edilməsi tövsiyə olunur.

Qızardılmış və ya bişmiş yüngül ətlər:
Toyuq və balıq kimi yağsız ətləri qrildə və ya buğda yüngülcə bişirərək istehlak etmək olar.

Soyuq şorbalar:
Dovğa və ya soyuq qatıq şorbası kimi sərinləşdirən şorbalar yay üçün mükəmməldir.

Su və yüngül içkilər:
Bədənin maye balansını qorumaq üçün yay aylarında bol su içmək önəmlidir. Meyvə şirələri və şəkər əlavə edilməmiş bitki çaylarına üstünlük verilə bilər.


Etiketlər:  fəslində istehlak olunması tövsiyə olunan qidalar


RƏYLƏR