Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sindi Krouford model qızı ilə diqqət çəkdi - FOTO

Sindi Krouford model qızı ilə diqqət çəkdi - FOTO

Tarix: 31 Iyul 2024 02:02

58 yaşlı məşhur model Sindi Krouford və 22 yaşlı qızı Kaya Gerber Parisdə keçirilən "OMEGA House" sərgisinin açılışında iştirak ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədbirdə 90-cı illərin supermodeli qara rəngli libasda və kiçik dabanlı ayaqqabıda olub. Podium ulduzu görünüşünə sırğalar, qızıl zəncir boyunbağı, bilərziklər və qırmızı klaç əlavə edib. Kaya Gerber isə dekolteli qara qısa paltarda və tünd qırmızı sivri burunlu ayaqqabıda olub. Bundan başqa, o, sırğa, saat və qızıl zəncir boyunbağı taxıb.

Qeyd edək ki, Kaya Gerber 90-cı illərin supermodeli Sindi Krouford və keçmiş model və iş adamı Rendi Gerberin qızıdır. Kaya anasının yolu ilə gedib və modeldir.

Milli.Az


Etiketlər:  Sindi Krouford model qızı ilə diqqət çəkdi FOTO


RƏYLƏR