Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xamənei: Haniyənin qisasını almaq İranın borcudur

Xamənei: Haniyənin qisasını almaq İranın borcudur

Tarix: 31 Iyul 2024 14:04

İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamənei deyib.

Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: "Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı".

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.


Etiketlər:  Xamənei Haniyənin qisasını almaq İranın borcudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ