Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2024 00:22
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, yığma II turda ABŞ ilə qarşılaşıb.
Görüş komandamızın 20:17 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun sabah gerçəkləşəcək.