Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2024 09:28
Amerikalı milyarder İlon Mask Venesuela Prezidenti Nikolas Maduronun döyüş çağırışını qəbul edib və qalib gələcəyi təqdirdə onu Marsa pulsuz göndərəcəyinə söz verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsində yazıb.
"Maduro böyük adamdır və yəqin ki, necə döyüşəcəyini bilir, ona görə də maraqlı döyüş olacaq. Mən qalib gəlsəm, o, Venesuela diktatoru postunu tərk edəcək. Əgər qalib gəlsə, onu pulsuz olaraq Marsa göndərəcəyəm", - Mask qeyd edib.