Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Telegram''ın təsisçisi milyarderlər siyahısına salındı

''Telegram''ın təsisçisi milyarderlər siyahısına salındı

Tarix: 1 Avqust 2024 18:54

Pavel Durov ilk dəfə olaraq "Bloomberg"in milyarderlər reytinqinə daxil edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, "Telegram"-ın təsisçisi 9,15 milyard dollar sərvətlə 279-cu yeri (ruslar arasında 17-ci yer) tutub.

Ən varlı rusiyalı iş adamı Norilsk Nikel şirkətinin həmsahibi Vladimir Potanin olaraq qalır. 2024-cü ilin əvvəlindən onun sərvəti 498 milyon dollar artaraq 31,6 milyard dollar təşkil edib. İkinci yerdə "Lukoyl"un ortaq sahibi Vahid Ələkbərovdur. Onun kapitalı 3,24 milyard dollar artaraq 27,9 milyard dollara çatıb. Reytinqdə üçüncü ən zəngin rusiyalı Novolipetsk Metallurgiya Zavodunun səhmdarı Vladimir Lisin sərvətini 3,05 milyard dollar artıraraq 27 milyard dollara çatdırıb.
 

Milli.Az


Etiketlər:  Telegramın təsisçisi milyarderlər siyahısına salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ