Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makronun öpüşü Fransada səs-küyə səbəb oldu - Dünya bu qadından danışır - FOTO

Makronun öpüşü Fransada səs-küyə səbəb oldu - Dünya bu qadından danışır - FOTO

Tarix: 2 Avqust 2024 09:44

Fransa prezidenti Emmanuel Makron ölkənin idman naziri Amelie Oudea-Kastera ilə səmimi görüntülənib.

Sonxeber.net publika.az-a istinadən sözügedən məsələ ilə bağlı detalları təqdim edir.

Makronla Oudea-Kasteranı nə birləşdirir?

Parisdə 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimindən sonra internetdə Makron və Oudea-Kasteranın bir-birini öpərkən çəkilmiş fotosu yayılıb. Fotoda 46 yaşlı Fransa liderinin ölkənin idman nazirinin əlindən möhkəm yapışdığı görünür. Oudea-Kastera da öz növbəsində Makronun boynundan tutub dodaqlarına sıxır.

Bir çox jurnalist və internet istifadəçiləri hesab edirdilər ki, bu cür davranış həmkarlar arasında qarşılıqlı əlaqə kimi qəbul edilə bilməz. "The Telegraph" bu fotonun səs-küyə səbəb olduğunu yazıb.

"Mən bu fotonu ədəbsiz hesab edirəm, prezidentə və nazirə yaraşmaz"; "Mən də sevgilimi öpürəm. Utandım"; "Fransada məşuqə sahibi olmaq adi haldır. Xüsusilə siyasətçilər arasında. Fransada mətbuat məxfilik qanunları ilə məhdudlaşdırılır, ona görə də onlar baş verənləri xəbər verə bilməzlər, bu da böyük korrupsiya deməkdir", - "The New York Post" nəşrinin oxucuları yazıblar.

Fransanın "Madam Figaro" jurnalı siyasətçilərin öpüşünü "ehtiraslı" adlandırıb. Eyni zamanda, jurnalistlər Oudea-Kasteranın ictimaiyyətin diqqətini özünə cəlb etməyi yaxşı bacardığına diqqət çəkiblər.

Xüsusilə, iyulun ortalarında suyun təhlükəli olması ilə bağlı qorxuları aradan qaldırmaq üçün Sena çayında üzüb. Oudea-Kastera yanvar ayında təhsil naziri təyin edilib, lakin Makron bir neçə ay sonra onu işdən çıxarıb. Bundan əvvəl qalmaqal baş verib - siyasətçi övladlarını bahalı özəl məktəblərə göndərib və yaşadığı ərazidəki dövlət təhsil müəssisələrini tənqid edib ki, bu da ictimaiyyətin qəzəbinə səbəb olub.

Amelie Oudea-Kastera Makronla eyni yaşda olan keçmiş peşəkar tennisçidir. O, 18 ildir ki, "Societe General" böyük maliyyə şirkətinin baş direktoru olan maliyyəçi Frederik Oudea ilə evlidir və onların üç övladı var. Fransa prezidenti Bricit Makronla 17 ildir evlidir, birinci xanım ərindən 24 yaş böyükdür.

Makronun "macəraları" ilə bağlı başqa hansı şayiələr var?

2019-cu ildə "Associated Press" nəşrinin jurnalistləri Makronu prezidentlik yarışı zamanı yaşlı fanatı qucaqlayarkən çəkiblər. Media prezidentin qadına diqqət əlamətləri göstərdiyini iddia edib və onun yeni "sevimlisi" ola biləcəyini istisna etməyib.

Bundan əvvəl Makronun şəxsi mühafizəçisi Aleksandr Benalla ilə bağlı daha bir qalmaqal yaşanmışdı. 2018-ci ildə fransız nəşrləri Muffetard küçəsi və Botanika bağı ərazisində mühafizəçinin naməlum şəxslə davaya başladığı barədə məlumat yayıb. "Le Monde" qəzeti davanın videosunu dərc edib. Məsələ məhkəməyə qədər gedib. Bunun fonunda jurnalistlər Benallanın Makronun "sevimlisi" olduğunu müəyyən ediblər. Onlar tez-tez birlikdə - tətildə, xizək kurortlarında və velosiped sürmələrində fotoşəkil çəkdiriblər. Bu, Fransa lideri və onun cangüdəninin sevgili olması ilə bağlı söz-söhbətlərə səbəb olub. Bütün bunlar Makronun bəhanə gətirmək məcburiyyətində qalmasına səbəb olub.

"Le Parisien" prezidentin sözlərini sitat gətirib: "Aleksandr Benalla heç vaxt nüvə kodlarına malik olmayıb, Aleksandr Benalla heç vaxt 10 min avro qazanmayıb, Aleksandr Benalla heç vaxt mənim sevgilim olmayıb".

Bu, Makronun "qeyri-ənənəvi əlaqələr"də şübhəli bilindiyi ilk məqam deyil. 2016-cı ildə Fransanın iqtisadiyyat naziri vəzifəsində çalışarkən o, fransız teleaparıcı Matye Qale ilə münasibətdə ittiham olunurdu. Bir neçə il sonra o, Makronla münasibət haqqında şayiələri iyrənc adlandırıb. Onun sözlərinə görə, Makronun iddia edilən əlaqəsi ilə bağlı xəbərlər onu gözdən salmaq üçün aparılan kampaniyanın tərkib hissəsi olub.


Etiketlər:  Makronun öpüşü Fransada səs küyə səbəb oldu Dünya qadından danışır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ