Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2024 07:00
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun qızı Zəhra Poluxovanın hazırladığı geyimi Türkiyənin məşhur müğənnisi Gülinler Aka geyinib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə səfir öz feysbuk səhifəsində paylaşım edib.
O qeyd edib ki, qızı Zəhra bir neçə həftə öncə İstanbulda "International Fashion Academy - Paris" Universitetini bitirərək bakalavr dərəcəsini alıb. Onun dizayn etdiyi geyim seçilərək səhnədə nümayiş etdirilib.
Xatırladaq ki, E. Poluxov 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri olub. Daha sonra Braziliya, Ekvador, Mozambik və digər ölkələrdə səfir kimi fəaliyyət göstərib.