Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“10 il əvvəl demişdim ki, “Fənərbaxça” çempion olsa, siqaret çəkəcəyəm”

“10 il əvvəl demişdim ki, “Fənərbaxça” çempion olsa, siqaret çəkəcəyəm”

Tarix: 3 Avqust 2024 16:18

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel "Fənərbaxça" klubuna azarkeşliyi və 10 ildir siqareti tərgitməsi barədə açıqlaması ilə gündəmə gəlib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, o bu barədə "Sabah" qəzetinə müsahibəsində bildirib.

Ö.Özel 6-7 yaşında getdiyi bir matçdan sonra fənərbaxçalı olduğunu söyləyib: "Siqareti 10 il əvvəl tərgitmişəm. Öz özümə dedim ki, Özgür, tərgit bu siqareti...Çox darıxsan, "Fənərbaxça" çempion olanda bir siqaret yandırarsan... Amma bu 10 il ərzində nə çempionluq, nə də siqaret çəkmək nəsib oldu..."

CHP sədri, həmçinin "Fənərbaxça"nın bu il çempion olacağına inandığını dilə gətirib.


Etiketlər:  əvvəl demişdim Fənərbaxça çempion olsa siqaret çəkəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ