Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu, bizim üçün pozitiv nəticə deyil” - Qriqorçuk

“Bu, bizim üçün pozitiv nəticə deyil” - Qriqorçuk

Tarix: 3 Avqust 2024 23:06

"Heç-heçə oynadıq. Bu, bizim üçün pozitiv nəticə deyil. Mən razı deyiləm. "Neftçi" böyük tarixi, böyük adı olan komandadır. Təbii ki, öz evimizdə qalib gəlməliyik. Bunun üçün cəhd göstərəcəyik.

Deyə bilmərəm ki, nəticədən razı deyiləm, amma əla oynadıq. Pis oynadığımızı da deyə bilmərəm. Biz yaxşı oynamağa cəhd göstərirdik. Bəzi epizodlarda pis görünmürdük. Qalib gəlsəydik, daha asan olardı, indi başqa cür danışardıq".

Sonxeber.net xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məçqçisi Roman Qriqorçuk Misli Premyer  Liqasının 1-ci turunda "Turan Tovuz"la oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, "komanda son 5-6 dəqiqədə kifayət qədər artırmışdı. Bunu 15-20 dəqiqə qalmış etmək olmazdı" sualını belə cavablandırıb: "Biz istəyirdik ki, 90 dəqiqədə edək. Amma təəssüflər olsun ki, vaxt da çatmadı. Razıyam ki, bu cür son dəqiqələrdə yox, bütün oyunboyu oynamaq lazımdır. Xüsusilə də, evdə, öz azarkeşlərimizin qarşısında ilk dəqiqədən sona qədər belə oynamaq gərəkdir.

Mütəxəssis ölkəmizdən uzaq olduğu illərdə Azərbaycandan uzaq olduğumu hiss etmirdədiyini vurğulayıb: "Çünki daim jurnalistlərlə danışırdıq, müsahibələr verirdim. Tam olaraq Azərbaycan futbolundan uzaqlaşmamışdım.

Qazon  haqda kritik fikirlər bildirmək istəmirəm. Çünki obyektiv səbəbləri var. Mən hamıya deyirdim ki, "Bakcell Arena"nı çox sevirəm. Burada "Qəbələ" ilə oynayırdıq. Meydança əla olurdu. İstəyərdik ki, ot örtüyü daha da yaxşı olsun".

R.Qriqorçuk hücum xəttini daha da rəqabətli etmək istədiklərini söyləyib: Hücum xəttinə keyfiyyətli oyunçular əlavə etmək niyyətindəyik. Bu addımı atsaq, komanda hücumda daha effektiv olacaq.

O, "Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk oyunu izləməsi ilə bağlı deyib:  "Kaşukla şəxsən tanış deyiləm. Onunla danışmamışıq. Bilirəm ki, Kaşuk yüksək səviyyəli, yaxşı oyunçudur. Ona ancaq salamlarımı çatdıra bilərəm".


Etiketlər:  bizim üçün pozitiv nəticə deyil Qriqorçuk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ