Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əflatun Amaşov: Parlamentlə bağlı qərar Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəlir

Əflatun Amaşov: Parlamentlə bağlı qərar Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəlir

Tarix: 28 Noyabr 2019 17:27

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü ilə bağlı qəbul etdiyi qərar ölkə parlamentinin Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəlir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, bunu hakim partiya rəsmilərinin verilən qərarla bağlı açıqlamalarından da görmək mümkündür:

"Hesab edirəm ki, qarşıda bizi gözləyən növbədənkənar parlament seçkiləri ilə davam etməkdə olan islahat mərhələsi özünün əhəmiyyətli fazasına qədəm qoyacaq. Bu mərhələnin uğuru üçün parlamentin yenidən formalaşması vacibdir. Təbii ki, gəncləşmə önəmlidir. YAP da bunu əsas tutur. Prezident İlham Əliyev də eyni zamanda hakim partiyanın rəhbəri kimi çıxışlarında bu məqamı vurğulayıb. Prezident İlham Əliyev çıxışlarında həmçinin islahatların daha da dərinləşəcəyini, gənclərin dövlət idarəçiliyində önə çəkiləcəyini bildirib. Düşünürəm ki, YAP-ın Siyasi Şurasının qərarı məhz bu baxımdan da müstəsna əhəmiyyət daşıyacaq".

YAP illərdir ki, ölkəmizin həm siyasi, həm də ictimai həyatında mühüm missiya yerinə yetirən nüfuzlu institutdur. Pariyanın qəbul etdiyi qərar, bu xüsusda onun öz deputat korpusunu yeniləmək istəyi, həm də cəmiyyətə verilən mühüm yeniləşmə mesajıdır. Bu, nümunəvi addımdır".

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əflatun Amaşov Parlamentlə bağlı qərar Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ