Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2024 23:02
ABŞ-ın vitse-prezidenti Kamala Harris 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə səs verəcək vətəndaşlar arasında dəstək baxımından keçmiş dövlət başçısı Donald Trampı qabaqlayır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "CBS News" YouGov təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə istinadən məlumat yayıb.
İyulun 30-dan avqustun 2-dək aparılan sorğuda 3102 qeydə alınmış seçici iştirak edib. Qeyd olunub ki, respondentlərin 50%-i Harrisə səs verməyə hazır olduqlarını bildiriblər. Eyni zamanda, səsvermə sorğu ilə eyni gündə keçirilsəydi, respondentlərin 49%-i Trampı dəstəkləyəcəkdi.
Sorğuda iştirak edənlər ABŞ-ın vitse-prezidentini müxtəlif səbəblərdən dəstəklədiklərini açıqlayıblar.
Belə ki, onların 41 faizi keçmiş dövlət başçısının hakimiyyətə qayıtmasını istəmir. Daha 34% Harrisi şəxsi simpatiyasına görə, respondentlərin 24%-i isə Demokratik Partiyaya mənsub olduğuna görə dəstəkləyə bilər.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı prezident Co Baydenin təmsil edəcəyi güman edilirdi. Bununla belə, iyulun 21-də o, yenidən dövlət başçısı seçilməkdə iştirak etməyəcəyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bəyan edib.